banner
banner

İdman

"Çempionlar Liqasının qalibi olmağı seçərəm" - Salah

"Çempionlar Liqasının qalibi olmağı seçərəm" - Salah

Liverpul"un futbolçusu Məhəmməd Salah "Qızıl buts" mükafatı uğrunda mübarizədə lider olmasına münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, misirli hücumçu fərdi mükafatdansa, komandasının uğurunun önəmli olduğunu vurğulayıb: "Lider olmaq gözəl hissdir. Komandama kömək etmək üçün qollar vururam və buna görə də xoşbəxtəm. Əgər Çempionlar Liqası ilə "Qızıl buts" arasında seçmim etmək məcburiyyətində qalsam, şübhəsiz, Çempionlar Liqasını seçərəm. Bu turnirin qalibi olmaq möhtəşəm uğur olar".

 

30 qolla İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olan Salah bildirib: "Yalan söyləməyəcəm, çempionatın ən yaxşı bombardiri olmaq istəyirəm. Komanda yoldaşlarım mənə ötürmə verərək kömək etməyə çalışır".

Qeyd edək ki, M.Salah bu mövsüm 45 oyunda 40 qol vurub.

Əlavə edək ki, "Liverpul" ÇL-in yarımfinalında "Roma" ilə qarşılaşacaq



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.