Küçədə hamı mənə "xala" deyir - "İstanbullu gəlin"in "Senem"i
"İstanbullu gəlin" serialında "Süreyya"nın (Aslı Enver) xalası "Senem"i canlandıran aktrisa Neslihan Yeldan proqramlardan birinin qonağı olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı aktrisa maraqlı müsahibəsi ilə yadda qalıb.
Neslihan bildirib ki, "xala" deyilməsin deyə həmişə özünü cavan saxlamağa çalışsa da, adıçəkilən ekran işindən sonra onu hər kəs, hətta özündən böyüklər də "xala" deyə çağırırlar.
Bir oğlu olan Yeldan onu tək başına böyütdüyünü söyləyib:
"Aslan adında bir oğlum var. Ona həm atayam, həm ana. Sosial media paylaşımlarımın altına çox vaxt yazırlar ki, möhtəşəm anayam. Əslində, mən də hamı kimiyəm. Hər bir ana kimi mən də uşaq üçün hər şeyin ən yaxşısını istəyirəm. Bircə onu bilirəm ki, ana olduqdan sonra 180 dərəcə dəyişdim. Yediyimdən, içdiyimdən, geyimimdən, xarakterimdən tutmuş, həyata baxışıma kimi hər şey dəyişdi. Ana olmaq - dünyanın ən gözəl, amma çox çətin işidir. Hər evlənən uşaq sahibi olmaq məcburyiyətində deyil. Həqiqətən doğru, düzgün bir insan yetişdirə biləcək cəsarətiniz varsa, uşağınız olsun".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.