Türkiyəli model Ebru Şallı 2002-ci ildə harun tanla ailə qurduqdan sonra işi ilə vidalaşmışdı.
Axşam.az-ın “acunn.com”a istinadən xəbərinə görə, iki uşaq anası olan Ebru 12 il fasilədən sonra yenidən podiuma çıxıb. O, modelyer Ayşə Dəniz Yeğinin dəfiləsində sinə dekolteli və uzun ayaq yarıqlı libasla diqqət çəkib.
İllərdir plateslə məşğul olan Şallı hələ də ideal bədən quruluşuna sahib olduğunu sübut edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.