banner
banner

Sosİal

Əhəd Abıyev hesabat verdi

Əhəd Abıyev hesabat verdi

Aprelin 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin  iclas zalında “Daşkəsən rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş ümumrayon hesabat yığıncağı keçirilib.

Yığıncağı giriş nitqi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev açaraq hesabat məruzəsi ilə çıxış edib.  Ə.Abıyev deyib ki,  birinci rübün yekunları müsbətdir: “Əlbəttə ki, üç ay ərzində daha bir sıra önəmli məsələlər öz həllini tapıb. 2018-ci ildə Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binasının  təmiri nəzərdə tutulmuş və artıq həmin işlərin icrasına, eyni zamanda Daşkəsən şəhərində tikinti-təmir, abadlıq işlərinə başlanılıb. Qeyd etmək istərdim ki, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri  və  şəhid  ailələri  üçün yeni 36 mənzilli  yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır”.

İcra başçısı deyib ki, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən cari ilin keçən dövrü ərzində rayona özəl investisiyaların cəlb olunması sahəsində bir sıra işlər görülüb: “Rayona  investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və  digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunub.

İş adamları, sahibkarlar və aidiyyəti qurumlarla birgə investisiyaların qoyulması, müvafiq layihələrin işlənib hazırlanması məsələləri geniş təhlil edilərək tətbiq olunması daha məqsədəuyğun olan təkliflər müəyyənləşdirilərək,  özəl  investisiya qoyuluşu üzrə investisiya qoymaq istəyən hüquqi və fiziki şəxslərə lazımi köməklik göstərilməklə əlverişli şərait yaradılması nəzərdə tutulub".        

 ehed.JPG (107 KB)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.