Türk gözəli Elif Çelik böyük hədəfini gerçəkləşdirib. Çelik məşhur “Playboy” jurnalının üz qabığı üçün fotosessiya edib.
Elif Çelik bir il əvvəl “Magazinkolik”də nəşr olunan bir müsahibəsində belə demişdi: "Türkiyədə "Playboy" qızı olacaq olsa, o mən olacam”. Elif bir il keçmədən dediyini də reallaşdırdı.
Elif Çelik fotoqraf İsmail Acarın Kilyosda çəkdiyi fotoşəkilləri llə Slovakiyada nəşr olunan "Playboy" jurnalının mart nömrəsinin “Playmate”i seçilib.
“Playboy” jurnalında fotoşəkilləri nümayiş olunan Elif Çelik bir Türk qızı olaraq son dərəcə qururlandığını qeyd edib. /anspress/
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.