Müğənni Murad Dalkılıçla sevgilisi, aktrisa Hande Erçel Kadıköy istiqamətində, restoranlardan birindən çıxarkən görüntülənib. Bir müddət birlikdə olmalarını gizli saxlayan cütlük ilk dəfə kameralar qarşısında əl-ələ poz verib.
Jurnalistlərin suallarını da cavablayan Murad Amerikada keçirilən "Coachella" Musiqi və Sənət Festivalında 100 min xərcləməsi ilə bağlı suala gülərək münasibət bildirib. Dalkılıç "5 ilə ata olmaq istədiyinizi demişdiniz, hələ də bu fikirdəsiniz" sualına isə əsəbiləşərək cavab verməyib və maşınına minərək sevgilisi ilə birgə ərazidən uzaqlaşıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.