Böyük Britaniya şahzadəsi Uilyamla Kembric hersoginyası Keyt Middlton üçüncü dəfə valideyn olublar. Cütlüyün oğlu dünyaya gəlib. 4 kiloqrama yaxın (3 kiloqram 827 qram) çəkisi olan körpə bu gün səhər saatlarında doğulub. Məlumatı Kensinqton sarayından da təsdiqləyiblər: “Şahzadə ilə yeni doğulan körpəsi özünü yaxşı hiss edir. Kral ailə üzvləri çox xoşbəxtdir”.
Qeyd edək ki, Keytlə Uilyamın Corc adlı 4 yaşlı oğlu, 2 yaşlı Şarlotta adlı qızı var
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.