banner
banner

Dünya

“Dünya yenidən bölüşdürülür və...” – Moskva ABŞ-ın qorxunc planınıaçıqladı

“Dünya yenidən bölüşdürülür və...”

ABŞ beynəlxalq münasibətlərdə hegemon rolunu saxlamaq üçün dünya dövlətlərini yeni qızğın silahlanmaya itələyir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Biz bu gün beynəlxalq münasibətlərin transformasiyasının və çoxqütblü sistemə keçidin şahidiyik. Bu, təsir sahələrinin yenidən bölüşdürülməsi, regional və qlobal liderlik üçün rəqabətin kəskinləşməsi ilə səciyyələnir. Bu şəraitdə Birləşmiş Ştatlar hərbi də daxil olmaqla, istənilən vasitələri cəlb edərək beynəlxalq münasibətlərdə hegemon rolunu saxlamaq istəyir və ölkələri yeni qızğın silahlanmaya itələyir”, - Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müdafiə nazirlərinin Pekində keçirilən müşavirəsində deyib.

Şoyqu qeyd edib ki, Vaşinqton hətta özünün ənənəvi partnyorları ilə bərabərhüquqlu əməkdaşlığa hazır deyil: “Bunu Amerikanın milli təhlükəsizlik və müdafiə sahəsi üzrə yeni doktrina sənədləri də təsdiq edir. BMT-nin qərarları və Dünya Ticarət Təşkilatının baza prinsipləri də daxil olmaqla ən əhəmiyyətli beynəlxalq razılaşmaların yenidən nəzərdən keçirilməsinə cəhdlər göstərilir”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.