banner
banner

Hərbİ

Azərbaycan Ordusu “Ən yaxşı mühəndis-istehkam manqası” adı uğrunda yarış keçirib

Azərbaycan Ordusu “Ən yaxşı mühəndis-istehkam manqası” adı uğrunda yarış keçirib

2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun hərbi birliklərindən birində “Ən yaxşı mühəndis-istehkam manqası” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən cia.az-a verilən məlumata görə, mürəkkəb əməliyyat şəraitində hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi məqsədilə təşkil olunan yarış xüsusi təchiz edilmiş təlim poliqonunda keçirilib. Yarış zamanı şəxsi heyət mühəndis təminatı üzrə tapşırıqları icra edib.

Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.