“Formula 1” üzrə Azərbaycan Qran Prisinin qalibi məlum oldu - FOTO
Formula 1 üzrə dünya çempionatının sayca 4-cü mərhələsi olan Azərbaycan Qran Prisinin final yarışı başa çatıb. Yarış boyu birinciliyi qoruyub saxlayan Valtteri Bottas -( "Mercedes" komandası) sona yaxın qəza edərək, yarışdan kənarda qalıb. Gərgin mübarizənin nəticəsində ümumilikdə 7 pilot yarışı erkən tərk etməli olub. Sonda isə Hamilton birinciliyi əldə etməyi bacarıb. Beləliklə də Formula 1 üzrə dünya çempionatının sayca 4-cü mərhələsi olan Azərbaycan Qran Prisinin final yarışında (Mercedes komandası )Luis Hamilton birinci, Kimi Raykonnen, ("Ferrari") ikinci, Serxio Peres ("Force India") üçüncü olub.
Qeyd edək ki, 2016-cı ildə Bakıda keçirilən “Formula 1” Avropa Qran-prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə “Formula 1” Azərbaycan Qran-prisi “Red Bull”un avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə yekunlaşıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb