banner
banner

İdman

“Formula 1” üzrə Azərbaycan Qran Prisinin qalibi məlum oldu - FOTO

“Formula 1” üzrə Azərbaycan Qran Prisinin qalibi məlum oldu

Formula 1 üzrə dünya çempionatının sayca 4-cü mərhələsi olan Azərbaycan Qran Prisinin final yarışı başa çatıb.
Yarış boyu birinciliyi qoruyub saxlayan Valtteri Bottas -( "Mercedes" komandası) sona yaxın qəza edərək, yarışdan kənarda qalıb. Gərgin mübarizənin nəticəsində ümumilikdə 7 pilot yarışı erkən tərk etməli olub. Sonda isə Hamilton birinciliyi əldə etməyi bacarıb. Beləliklə də Formula 1 üzrə dünya çempionatının sayca 4-cü mərhələsi olan Azərbaycan Qran Prisinin final yarışında (Mercedes komandası )Luis Hamilton birinci, Kimi Raykonnen, ("Ferrari") ikinci, Serxio Peres ("Force India") üçüncü olub. 

Qeyd edək ki, 2016-cı ildə Bakıda keçirilən “Formula 1” Avropa Qran-prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə “Formula 1” Azərbaycan Qran-prisi “Red Bull”un avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə yekunlaşıb.


 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.