Şotlandiyada spirtli içkilərə minimal qiymət təyin ediblər. Yeni qaydalara görə, 13 dərəcəli, 0.75 litr ölçüdə olan şərab 4.88 funtdan ucuz satıla bilməz. 0.7 litrlik viski isə 14 funtdan ucuz satılmır.
Lenta.ru saytının xəbərinə görə, Şotlandiyada hər 100 min kişi arasında saxta içkiyə görə 30 ölüm halı baş verib. Müqayisə üçün İrlandiyada 100 min kişi arasında 22, İngiltərə və Uelsdə isə 14 hal qeydə alınıb. Hər həftə Şotlandiyada spirtdən yaranan xəstəliklərə görə 22 nəfər ölür. Bu problem Şotlandiya tibbinə hər il 3 milyard funta başa gəlir.
Şotlandiyada spirtli içkinin mininal qiyməti barədə qanun layihəsi 2012-ci ildə qəbul edilib. Amma Şotland Viski Assosiasiyası bu qanuna qarşı çıxıb. Təşkilat bununla bağlı Avropa Məhkəməsinə müraciət edib. Bu məsələni Böyük Britaniyada Ali Məhkəmə həll etməlidir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.