İraqda terrorçuların hücumu nəticəsində 7 nəfər həlak olub
İraqın Əl-Tarmiya yaşayış sahəsində İŞİD terror qruplaşmasının üzvlərinin hücumu nəticəsində azı 7 nəfər həlak olub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hazırda ölənlərin sayı barədə məlumat dəqiq deyil, silahlı hücum nəticəsində çox sayda dinc vətəndaş həlak olub.
Əl-Tarmiya yaşayış sahəsi bir neçə gün əvvəl güc strukturları ilə silahlı toqquşmalardan sonra ekstremistlərin nəzarəti altına keçib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.