Bir neçə müddətdir münasibətlərinə son qoyan Murat Boz və Aslı Ənvər hələ də medianın gündəmindədir.
Cütlük şiddətli davadan sonra ayrılıb. Levent ərazisində yaşayan keçmiş sevgililər arasında söz-söhbət yaranıb və Aslı evi tərk edib. Ayrılıq sonrası heç bir açıqlama verməyən Boz və Ənvər bir neçə gün gündəmdən düşməyib. Aslı sosial media hesabından Muratla birgə olan bütün şəkillərini silib. Qeyd edək ki, Aslı Ənvər və Murat Boz "Kardeşim benim" filminin çəkilişləri zamanı münasibətə başlamışdılar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.