banner
banner

Sosİal

Məşhur professordan Ramazanla bağlı FAYDALI MƏSLƏHƏTLƏR

Məşhur professordan Ramazanla bağlı

Professor Canan Karatay yaxınlaşan Ramazan ayı ərəfəsində mühüm xəbərdarlıqlar edib.

Publika.Az xəbər verir ki, kardioloq Ramazan ayına indidən hazırlıq görməyi məsləhət görüb:

"Ramazana indidən hazırlaşmaq lazımdır. Ən önəmlisi susuz qalmayın. Ramazanda 12-18 saat oruc tutulur. Susuzluq əslində ən böyük çətinlikdir. Çünki bədən sussuz qalanda axşama doğru başımız ağrımağa başlayır. Lakin əvvəlcədən bədəni maye ehtiyatı ilə təmin etsək, problem qismən həll olunar. Amma su tək deyil, duzla birlikdə orqanizmə daxil olmalıdır. Bədənimizin 60 faizi sudur. Yeməklərə və ayranlara bol dəniz duzu əlavə edin. Təbii ki, su içilərsə bədən hazır olar. Gümrahlaşar və cavanlaşar".

Karatay imsakda faydalı qidalar qəbul etməyin əhəmiyyətinə də toxunub:

"Gündə iki dəfə yemək orqanizm üçün faydalıdır. Ramazan ayında imsakda gözəl səhər yeməyi edilə bilər. Süfrədə bol zeytunun və bir də pendirin olması çox əhəmiyyətlidir. Təbii ki, kotlet də yeyilə bilər. Süd susuzluğu yatırır. Odur ki, imsakda mütləq süd için. Çay isə təbii ki, şəkərsiz olmalıdır və xahiş edirəm ki, qazlı, şəkərli içkilərdən uzaq duraq. Bunlar Ramazan boyu daha çox susuzluq və baş ağrısı yaradır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.