banner
banner

İdman

Sərbəst güləş yığmamız Avropa ikincisi oldu

Sərbəst güləş yığmamız Avropa ikincisi oldu

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı başa çatıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatda sərbəst güləş yarışları başa çatıb. Yığma komandamız çempionatı 2 qızıl, 2 gümüş və 4 bürüncmedalla başa vurub.

Qızıl medalları yığmamıza Georgi Edişeraşvili (57 kq) və Hacı Əliyev (65 kq) qazandırıb. Aleksandr Qostiyev (86 kq) və Şərif Şərifov (92 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (79 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qazandırıb.

Bu nəticə ilə yığmamız komanda hesabında 160 xal toplayaraq Avropa ikincisi olub. Rusiya 204 xalla birinci, Türkiyə 125 xalla üçüncü olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.