Türkiyənin tanınmış müğənnisi, AKP-nin millət vəkilliyi namizədliyinə namizəd olan İbrahim Tatlıses 200 qurban nəzir deyib.
ANS PRESS-in məlumatına görə, müğənni bu barədə sosial şəbəkədəki səhifəsində yazıb. Tatlıses qurbanlardan yüzünün sağlamlığı üçün, yüzünün sülhün təmini üçün nəzir etdiyini qeyd edib:
“Xəbərlərdə silahı yertə qoyun sözünü eşitdiyim anda coşdum. Daxilimdə bir ümid yarandı. Çünki sülh insanları ümidləndirir. İnancım odur ki, sülh təmin olunsun. Allahıma sözümdür; 100 qurban sağlamlığım, 100 qurban da sülh üçün boğazından ət keçməyənlərə qurban kəsəcəyəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.