ETSN: Havada olan durğunluq bəzi insanlarda narahatlıq yarada bilər
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-18, gündüz 25-30, Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 750 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.
Mayın 9-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) hava şəraitinin günün birinci yarısında günəşli, günün ikinci yarısında isə dəyişkən buludlu olacağı gözlənilir. Cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 14-16 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) hava şəraitinin günün birinci yarısında günəşli, günün ikinci yarısında isə dəyişkən buludlu olacağı gözlənilir. Zəif cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal, şimal-şərq ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı qərb rayonlarında intensiv olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-19, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Mayın 09-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir. Havada olan durğunluq qaz qarışıqlarının səpələnməsi üçün əlverişsizdir. Bu da bəzi insanlarda narahatlıq yarada bilər.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.