banner
banner

Sağlamlıq

Az çəkinin gözlənilməz təhlükəsi aşkarlandı

Az çəkinin gözlənilməz təhlükəsi aşkarlandı

Az çəki demensiya riskini artırır. Boston Universitetinin tibb məktəbinin alimləri belə bir nəticəyə gəlib.

Oxu.az xəbər verir ki, alimlər bunun üçün ürəyin Freminqem müayinəsinin nəticələrini təhlil edib. Mütəxəssislər xüsusi ilə yaşlı insanların 1979-1983-cü illərdəki həyat tərzini, onların demoqrafik göstəricilərini araşdırıb, kimlərə sonradan demensiya diaqnozunun qoyulduğunu öyrənməyə çalışıb.

Tədqiqat qrupu müəyyən edib ki, 50-60 yaşlarında olan insanlarda bədən çəkisi indeksi (insanın çəkisi ilə boyunun nisbəti) aşağı olduqda, onun demensiyaya tutulma riski əhəmiyyətli dərəcədə artır.

Qeyd edək ki, demensiya ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.