Restoranlara TÖVSİYƏ: Ramazanda toyların olmamasından istifadə edib hava təmizləyən qurğular quraşdırılsın
Ümid edirik ki, Ramazan ayı ərzində şadlıq sarayı, iaşə obyektlərinin sahibləri toyların olmamasından istifadə edib standartlara cavab verən təmizləyici qurğular quraşdıracaq.
Trend-in məkumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) sözçüsü İradə İbrahimova deyib.
Onun sözlərinə görə, tullantılar ətraf mühit müxtəlif zərərli təsirlərə məruz qoyur: “Nazirlik tərəfindən atmosfer havasında mütəmadi monitorinqlər aparılıb və bu gün də proses davam etdirilir. Monitorinqlərin aparılması üçün istifadə olunan avadanlıqlar, cihazlar daha da yenilənib. Son günlər bu sahədə daha ciddi tədbirlər görülür”.
İ.İbrahimova xatırladıb ki, Monitorinq Komissiyası tərəfindən Bakı şəhərinin inzibati rayonlarında yerləşən şadlıq evlərinin və digər ictimai-iaşə obyektlərinin fəaliyyət göstərdiyi müddətdə onların ətraf ərazilərində monitorinqlər aparılıb, atmosfer havasında zərərli qaz birləşmələrinin miqdarının ölçülməsi məqsədilə hava nümunələri götürülüb: "Nümunələr üzərində aparılmış fiziki-kimyəvi analizlərin nəticələri göstərib ki, atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol verilən qatılıq həddindən dəfələrlə artıqdır. Bu da insanlarda diskomfort yaradır və onların sağlamlığına mənfi təsir göstərir.
Təəssüf ki, bəzi obyektlərdə müasir standartlara cavab verən təmizləyici sistemlər, filtrlər quraşdırılmayıb. Bu çatışmazlıqların aradan qaldırılması ilə bağlı həmin obyektlərə nazirlik tərəfindən rəsmi məktub göndərilib".
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.