Türkiyəli müğənni Ebru Polat gecə klublarından birində səhnəyə çıxıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, konsertdə ifaçı sinə dekolteli libası ilə diqqət çəkib. Polat cəsarətli paltarının Emel Acarın kolleksiyasından olduğunu vurğulayıb.
Mindən çox tamaşaçı qarşısında çıxış edən Ebru yaxın günlərdə yeni albomunu sevənlərinin ixtiyarına verəcəyini deyib.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.