Müdafiə naziri bır sıra hərbi obyektlərin açılışında iştirak edib
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi təyinatlı bır sıra obyektlərin açılışında iştirak ediblər.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Z.Həsənov müasir tələblərə cavab verən yanacaq sürtgü materialları anbarı, avtomobillərin texniki təmiri və qulluğu məntəqəsinin açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olub və müvafiq tapşırıqlarını verib.
Sonra general-polkovnik Z.Həsənov hərbi hissələrdən birində yeni inşa edilən yeməkxananın açılışında iştirak edərək şəxsi heyətlə birlikdə nahar edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.