banner
banner

Sağlamlıq

Ən faydalı şirə hansıdır?

Ən faydalı şirə hansıdır?

Danimarka alimləri şirələrin faydalı xüsusiyyətlərini araşdırıb və ən faydalı şirənin adını açıqlayıb.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, mütəxəssislərin fikrinə görə, ən faydalı şirə albalı şirəsidir. O, immun sisteminə müsbət təsir edir, qanda xolesterinin səviyyəsini aşağı salır, ürək-damar sistemi xəstəliklərindən qoruyur.

Həmçinin albalı şirəsi maddələr mübadiləsi proseslərini aktivləşdirərək artıq çəki ilə mübarizə etməyə kömək edir.

Mütəxəssislər hər gün 1 stəkan albalı şirəsini içməyi tövsiyə edir. Lakin onu da nəzərə almaq lazımdır ki, mədə-bağırsaq xəstəlikləri olan insanlara bu şirə ziyan vura bilər.

Mütəxəssislər müxtəlif şirələr hazırladıqda meyvə, tərəvəzlər və giləmeyvələri şirəçəkəndən deyil, az miqdarda su əlavə etməklə blenderdən keçirməyi tövsiyə edir. Bu halda meyvə və tərəvəzlərin tərkibində olan qidalı liflər saxlanılır və bu da şirəni daha faydalı edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.