Sarımsağın güclü profilaktik və müalicəvi xüsusiyyətləri saymaqla bitməz.
Saglamolun.az xəbər verir ki, sarımsaq təbii antiseptik və antibiotikdir, xolesterinin səviyyəsini aşağı salır, ürək-damar sistemi xəstəliklərinin, o cümlədən infarkt və insultun riskini azaldır, xərçəngəleyhinə təsirə malikdir.
Lakin nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı sarımsağın istehlakı ziyan vura bilər, xəstəliyin kəskinləşməsinə və ya ağırlaşmasına səbəb ola bilər.
Beləliklə, hansı xəstəliklər zamanı sarımsaq yemək olmaz?
Bu ilk növbədə qaraciyər və böyrək xəstəlikləri olan insanlara aiddir.
Mədə xorası, xroniki qastrit, bağırsaq iltihabları zamanı sarımsaq yemək olmaz.
Təzyiqi aşağı olan və göz xəstəliklərindən əziyyət çəkən insanlar da sarımsaqdan imtina etməlidir.
Öd daşı xəstəliyi, pankreatit və babasil zamanı sarımsağın istehlakı ziyanlı sayılır.
Sarımsaq epilepsiyadan əziyyət çəkən insanların vəziyyətinə mənfi təsir edə bilər.
Ürək ritminin pozulması da sarımsağın istehlakı üçün əks-göstəriş sayılır.
Ümumiyyətlə hətta sağlam insan da çox sarımsaq yeməməlidir ki, bu orqanizmə ziyan vura bilər.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.