banner
banner

Dünya

Ərdoğan: “Taix ABŞ və İsraili bağışlamayacaq”

Ərdoğan: “Taix ABŞ və İsraili bağışlamayacaq”

Taix ABŞ və İsraili bağışlamayacaq və dünya bunun şahidi olacaq.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə prezident Rəcəb Tayyip Ərdoğan Qəzzada onlarla fələstinlinin ölümü ilə nəticələnən toqquşmaları şərh edərkən bildirib.

“Taix ABŞ və İsraili bağışlamayacaq, biz bunun şahidi olacağıq... BMT qətnamələri beynəlxalq sazişlərlə təmin olunmuş Qüdsün statusunun dəyişməsinə yönələn istənilən addımları qadağa edir”, deyə Ərdoğan Londonda Böyük Britaniyanın baş naziri Tereza Mey ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Fələstindəki vəziyyətlə bağlı İƏT-in İstanbulda Türkiyənin təşəbbüsü ilə keçiriləcək fövqəladə sammiti bütün dünya üçün çox ciddi siqnal olacaq. Türkiyə prezidenti Fələstində zorakılığa son qoymaq üçün beynəlxalq ictimaiyyəti və BMT-ni təcili tədbirlər görməyə çağırıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.