banner
banner

Sosİal

700 bal toplayan abituriyent: "Heç bir hazırlıq kursuna getməmişəm"

700 bal toplayan abituriyent:

Bu il II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb. İmtahan nəticələrinə əsasən 700 bal toplayanların sayı dəqiq bəlli olmasa da, onlardan biri III ixtisas qrupu üzrə maksimum nəticə göstərən Bakı şəhəri Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Zeynəb Quluzadədir.

İlk təəssüratlarını Publika.az-la bölüşən Zeynəb Quluzadə uğurun heç də asan olmadığını deyib:

“Mən 700 bal toplamaq yox, hüquq fakültəsinə daxil olmaq üçün böyük əzmlə çalışmışam. Artıq seçimimi də etmişəm Azərbaycan Diplomatik Akademiyasında hüquq fakültəsini seçmişəm. Hüquqşünas olmaq arzum idi, bu arzuma çatmaq üçün də zəhmət çəkdim. Uğur qazanmaq üçün davamlı, sistemli oxumaq lazımdır. Onu da deyim ki, uğur qazanmaq heç də asan olmadı”.

Z.Quluzadə heç bir hazırlıq kursu və ya repetitor yanına getmədiyini deyir:

“Məktəb dərslərini hər zaman çox yaxşı oxumuşam. Bizim məktəbdəki təhsil çox yaxşıdır, ona görə də əlavə hazırlığa ehtiyac yoxdur. Son illərdə isə özüm ixtisas qrupu üzrə fənlərdən keçdiklərimi təkrar edirdim, çətinliklərim olanda müəllimlərimlə məsləhətləşirdim”.

Z.Quluzadə həm də Müslüm Maqomayevin adını daşıyan 26 nömrəli onbirillik musiqi məktəbində vokal ifaçılığı üzrə də təhsil alıb:

“Hüquq və vokal mənim üçün çox dəyərlidir. Lakin ilk növbədə yaxşı hüquqşünas olmaq istəyirəm. Beynəlxalq hüquq, dünya ölkələrinin hüququnu dərindən öyrənmək istəyirəm. Gələcəkdə bu istiqamətdə xaricdə təhsil almaq planlarım var. Vokal isə hüquqdan sonra ikinci dəyərli sənət olacaq mənim üçün”.

Qeyd edək ki, Z.Quluzadə həm də Respublika fənn olimpiadaları qaliblərindəndir. O, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə qızıl medalın sahibidir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.