banner
banner

İdman

“İtaliya millisini zirvəyə qaldırmaq istəyirəm” - Mançini

“İtaliya millisini zirvəyə qaldırmaq istəyirəm” - Mançini

Roberto Mançini İtaliya millisinin baş məşqçisi kimi ilk mətbuat konfransını keçirib. 

Qol.az-ın “Football İtalia”ya istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis yığmanı çalışdırması ilə fəxr etdiyini bildirib:

“Bu, emosional andır. Çünki İtaliya millisinin baş məşqçisi olmaq inanılmaz hissdir. bu Futbol Federasiyasının rəhbərliyinə minnətdaram. Onlar elə etdilər ki, mən bu vəzifəyə 100 faiz lazım olduğumu hiss etdim. 

Özümlə fəxr edirəm. Həyatımda baş verə biləcək ən gözəl anlardan biridir. İlk dəfə İtaliya millisinin düşərgəsinə 1978-ci ildə dəvət almışdım. Həmin vaxt U-14-ün düşərgəsinə qoşulmuşdum. İndi isə İtaliya yığmasının baş məşqçisiyəm. 

Uzun illər klublarda çalışmışam. İndi millidə işləmək üçün uyğun zamandır. Hər birimiz yığmaya faydalı olmaq üçün əlimizdən gələni etməliyik. İtaliyanı zirvəyə qaytarmaq istəyirəm. Ürəkdən çalışmaqla buna nail olmağımız mümkündür”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.