Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Nadir Əzimovla əməkdar artist Röya arasında növbəti məhkəmə prosesi baş tutub.
Axşam.az xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, bu dəfə də bəstəkar məhkəməni udub.
Qeyd edək ki, bu Röya ilə N.Əzimovun dördüncü məhkəmə prosesidir. İlk dəfə bəstəkarın iddiası Xəzər Rayon Məhkəməsinin qərarına əsasən təmin edilib. Qərardan narazı qalan Röya qərardan Apellyasiya Məhkəməsinə şikayət edib. Yenə də iddiası təmin olunmayıb. Üçüncü dəfə Ali Məhkəmə işə baxmalı olub. Bu dəfə də uduzan Röya növbəti dəfə apellyasiya məhkəməsinə müraciət edib. Proses N.Əzimovun qələbəsi ilə bitib.
Məsələyə aydınlıq gətirmək üçün bəstəkarla əlaqə saxlanılıb. Açıqlama verən N.Əzimovun cavabı belə olub:
“Sağ olsun Azərbaycan məhkəmələri, ədalətli qərar çıxararaq, müəlliflik hüquqlarımı qorudu”
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.