“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill Çemopionlar Liqasının finalı haqda danışıb. Veteran futbolçu bildirib ki, “Liverpul”un qitənin ən mötəbər klub turnirinin qalibi olmasını istəmir: “Ümidlə yaşayaq ki, “Mançester Yunayted” İngiltərə kubokunu qazanacaq və bizim dostumuz Kriştianu Çempionlar Liqasının finalında het-trik edəcək.
Düzdür, “Liverpul” finala qədər möhtəşəm yol qət edib. Amma onların ÇL-i qazanmalarını istəmirəm”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.