Mervenin bu hərəkəti Handeni əsəbiləşdirəcək - Foto
Aktrisa Merve Boluğur özünün istehsal etdiyi dodaq boyasını reklam edib.
Reklam çarxına çəkilən aktrisa qolundakı qolbağı ilə diqqət çəkib.
Belə ki, Merve qoluna bir vaxtlar evli olduğu müğənni Murad Dalkılıçın ona hədiyyə aldığı qolbağı taxıb.
Fotoları sosial şəbəkədə görən izləyicilər "Boluğurun bu hərəkəti Handeni çox əsəbiləşdirərəcək" kimi şərhlər yazıblar.
Qeyd edək ki, Merve ilə 2 illik evliliyi ötən ilin sentyabrında bitən Dalkılıç bir neçə aydan sonra aktrisa Hande Erçellə sevgi münasibətinə başlayıb. Cütlük evlilik hazırlıqlarına da başlayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.