Çoxdandır tədbirlərdə və efirlərdə görünməyən aktrisa Kameron Diaz və gitaraçı əri Benji Maddendən xəbər var.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 45 yaşlı aktrisa ilə 39 yaşlı əri valideyn olmağa hazırlaşırlar.
Bu barədə aktrisa özü tədbirlərdən birində məlumat verib.
Cütlüyə yaxın mənbənin sözlərinə görə, çoxdan ana olmaq istəyən Diazla əri çox xoşbəxtdirlər.
Qeyd edək ki, illərdir bir-birini tanıyan ikili 2014-cü ildən sevgili olmağa başlayıb. Cütlük 2015-ci ilin əvvəllərində 100 nəfərin iştirakı ilə kiçik bir məclis təşkil edərək nikah masasına oturub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.