Canfranko Zola ilə yollarını ayıran "Kalyari"nin yeni baş məşqçisi müəyyənləşib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı Zdenek Zeman çalışdıracaq.
Daha öncə də "Kalyari"ni çalışdıran 67 yaşlı mütəxəssis ötən ilin dekabr ayında istefaya göndərilmişdi. Lakin son turlar uğursuz çıxış edən komandanın rəhbərliyi yenidən Zemanı baş məşqçi vəzifəsinə gətiriblər.
Qeyd edək ki, "Kalyari" A seriyasında 18 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.