Bu axşam Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start veriləcək.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Portuqaliyada "Portu" "Bazel"i sınağa çəkəcək. İsveçrədə keçirilən görüşdə 1:1 hesabı qeydə alındığından cütün taleyinə bu axşam aydınlıq gələcək.
Madriddə isə "Real" "Şalke"ni qəbul edəcək. Səfərdə rəqibinə 2:0 hesabı ilə qalib gələn "kral klubu" bu matça bir qədər rahat çıxacaq. "Şalke" 1/4 finala yüksəlmək üçün bu görüşdə rəqibinə mütləq iki top fərqi ilə qalib gəlməlidir.
Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
10 mart
Çempionlar Liqası, 1/8 finalın cavab oyunları
23:45. "Portu" (Portuqaliya) - "Bazel" (İsveçrə) (İlk oyun - 1:1)
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.