NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi keçirilir
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimi keçirilir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təliminə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.
Bölüyün qiymətləndirilməsi NATO Quru Qoşunları Komandanlığının monitorinq qrupu tərəfindən aparılır.
Təlimdə, həmçinin müşahidəçi və qiymətləndirici qismində Böyük Britaniya, Fransa, Avstriya və Almaniyanın hərbi qulluqçuları iştirak edirlər.
Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının hərbçilər arasında yayılmasına və tətbiqinə dəstək olmaq məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi də təlimə cəlb olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.