Bir müddət əvvəl müğənni Doğuşun estetik əməliyyat olunduğu iddia olunmuşdu. İfaçı haqqında çıxan xəbərə sosial mediada açıqlama gətirib.
O, üz cizgilərinin dəyişimini yeni çəkdirdiyi film üçün etdiyi makiyajla əlaqələndirib: "Dostlar, "Estetik elətdirib, elətdirməyib". Axmaq-axmaq danışılır. Gördüyünüz kimi, heç bir estetik əməliyyat yoxdur. Sadəcə makiyaj var, onu da yeni çəkdirdiyi film üçün edirəm".
Doğuş gözünə sürmə çəkib-çəkməməsi ilə bağlı sualları da cavablandırıb:
"Bu sualı mənə tez-tez verirlər. Sürmə çəkmirəm. Gözlərim doğuşdan belədir".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.