İspaniyanın vergi orqanları Portuqaliya yığması və "Real"ın hücumçusu Kriştiano Ronaldonun vergidən yayınma işi üzrə həbs cəzasından yayınmaq üçün 14,7 milyon avro ödəmək haqqında təklifini rədd edib.
Axşam.az report-a istinadən bildirir ki, vergi xidməti istəyir ki, 33 yaşlı futbolçu borcu ilə yanaşı cərimələri, həmçinin faizləri və digər xərclər də daxil olmaqla ümumilikdə 28 milyon avro ödəsin. Ronaldu bu məbləği iyunun 15-dək ödəməlidir, əks təqdirdə Dünya çempionatı - 2018-dən sonra o, məhkəmə qarşısına çıxmalı olacaq.
Ronaldo 2011-2014-ci illərdə 14,7 milyon avro həcmində vergidən yayınmaqda ittiham olunur. Prokurorluq hesab edir ki, futbolçu yaratdığı biznes qurumdan imic hüququndan əldə etdiyi gəlirləri azaltmaq məqsədi ilə istifadə edib
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.