“İslam Dövləti” səhifələrinin bütün sosial şəbəkələrdə blok edilməsi onun tərəfdarlarını şəxsi interent resursu - Сaliphate book-un yaradılmasına məcbur edib, Reuters xəbər verir.
Hələlik 5elafabook.com adlanan saytı kimin yaratdığı və orada neçə nəfər qeydiyyatçının olduğu məlum deyil.
Oxu.Az bu barədə Qazeta-ya istinadən xəbər verir.
5elafabook.com saytının artıq işə başladığı gün işi dayandırılıb.
5elafabook.com-dan verilən məlumatda onun öz fəaliyyətini müvəqqəti olaraq dayandırdığını və bunun “istifadəçiləri barədə informasiyanın və istifadəçilərinin təhlükəsizliyinin qorunması üçün edildiyi” deyilir.
Qeyd edək ki, “İslam dövləti” fəaliyyəti bir çox ölkələrdə qadağan edilən terror təşkilatıdır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.