banner
banner

Şou

"Bu, nə tərbiyəsizlikdir?" - İki məşhur arasında qalmaqal

"Bu, nə tərbiyəsizlikdir?"

Türkiyənin iki məşhur müğənnisi - Seda Sayan və Yusuf Güney arasında qalmaqal yaşanıb.  
Yusuf ötən gün qonaq olduğu “Seda Sayanla” proqramında özünə qarşı gördüyü hörmətsizliyi İnstaqram səhifəsində sərt şəkildə tənqid edib.

O, verilişin aparıcısı Seda Sayanı və komanda heyətini hesabında biabır edib. Güney proqramdan şəkil paylaşaraq , efirdə adının səhv yazılmasına etirazını bildirib:
“Televiziyadan başı çıxmayan ağılsız komanda… Mən dünyanın ən səmimi duyğuları ilə əsgər qardaşlarıma 8 gündə 16 konsert vermişəm. Amma siz “hansı məşhur harada, kiminlə görüntüləndi” kimi xəbərlər göstərirsiz. Hamının öz şəxsi həyatı var, buna sözüm yoxdur. 3 həftə dil tökdünüz proqramınıza gəldim. Demişdiz ki, tək qonaq mən olacam. Amma başqasını da çağırdız. Susdum.

 

Birinci hörmətsizliyiniz o oldu ki, 1 saat səhnə arxasında sizin maqazin xəbərlərindən gic-gic danışıqlarınızın bitməyini gözlədim. İkinci eyibiniz mənə yalan danışmağınız oldu, özəl qonaq kimi çağıracaqdız, studiyada başqası da var idi. Üçüncü eyibiniz isə 1 saatlıq proqramın 45 dəqiqəsini digər qonağı danışdırdız. Mən isə əsgərlərə verdiyim konsert barədə bir cümlə belə deyə bilmədim. Yenə susdum. Şəhid verdiyimiz halda, "Bu şou proqramdır, mahnı oxumalısan" dediniz, sözünüzü yerə salmayıb oxudum. Amma mahnım gedə-gedə araya reklam saldınız. Bu nə tərbiyəsizlikdir? Sizin kimi insanlara təəssüflər olsun".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.