banner
banner

Sosİal

Nazirlik: Sumqayıt və Şıx çimərliklərindən istifadə etmək məqsədəuyğun deyil

Nazirlik:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zonalarında, “Amburan” çimərliyində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində müvafiq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırıb”.

 APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qəmbərov deyib. O bildirib ki, qeyd olunan ərazilərdə çimərlik sahələri yay mövsümü ilə əlaqədar hazırda çimərlik kimi istifadəyə yararlıdır: “Lakin Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsi “Sahil” və Səbail rayonunun Şıx çimərliklərində aparılmış monitorinqlərin nəticələrinə görə, zərərli maddələrin miqdarı normadan artıq olduğu müəyyənləşib. Bu səbəbdən qeyd olunan çimərliklərdən istifadə etmək məqsədəuyğun deyil”. 
Bildirilib ki, hazırda Xəzər dənizi sahil zolağında və çimərlik ərazilərdə ardıcıl və davamlı işlər davam etdirilir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.