banner
banner

İdman

AÇ-2018: İslam Abbasov qızıl medal qazanıb

AÇ-2018: İslam Abbasov qızıl medal qazanıb

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışıb. Yığmamız iki çəki dərəcəsində təmsil olunub və yarış gününü 1 qızıl medalla başa vurub.

87 kq-da mübarizə aparan İslam Abbasov ardıcıl olaraq Rusiya və Bolqarıstan təmsilçilərini tam üstünlüklə məğlub edib və yarımfinala yüksəlib. Yarımfinalda Macarıstan idmançısına da heç bir şans verməyən İslam finala yüksəlib. Həlledici görüşdə Xorvatiya təmsilçisinə də qalib gələn İslam Abbasov çempionatın qızıl medalına sahib olub.

55 kq 
1/4 final - Norayr Hakhoyan (ARM) - Zaur Əliyev 10:1
1/8 final - Nedyalko Petrov (BUL) - Zaur Əliyev 4:12

87 kq 
FİNAL - İvan Huklek (CRO) - İslam Abbasov 1:4
1/2 final - Attila Vitek (HUN) - İslam Abbasov 1:7
1/4 final - Yoan Dimitrov (BUL) - İslam Abbasov 2:10
1/8 final - İslam Abbasov - Qazi Xəlilov (RUS) 12:3

Qeyd edək ki, bu gün U-23 Avropa çempionatında qadınlar mübarizəyə qoşulur.

 

Üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparır. Yığmamız çempionatda 3 qadın güləşçi ilə iştirak edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.