banner
banner

Gündəm

Bayıl yamacında son durum - nəmişlik, natəmizlik...

Bayıl yamacında son durum

Son zamanlar ölkədə havanın qeyri-sabit keçməsi bölgələrdə bir sıra təbii fəlakətlərin baş verməsinə səbəb olub.  Bəs Bakıda Bayıl yamacında vəziyyət necədir? Öncə məlumat üçün qeyd edək ki, mayın 15-də saat 20-00 radələrində Səbayel rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş vermişdi və bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalmışdı. Sürüşmə nəticəsində həmçinin əraziyə yaxın yerləşən, sovet dövründə inşa olunan çoxmərtəbəli binaya da zərər dəymişdi.

Sakinlər “Yeni Müsavat”a bildiriblər ki, hazırda ərazidə vəziyyət stabildir. Kommunal xidmətlərin verilişində isə heç bir problem yoxdur. Xəqani adli sakin aşağıdakıları söylədi: “Sürüşmə hadisəsindən sonra ərazidə kommunal xidmətlərin verilişi dayandırılmışdı. Lakin sonradan bu, bərpa olundu. Hazırda da sürüşmə zonasında yaşayan sakinlərin bəziləri evlərini tərk ediblər. Ancaq digər sakinlər yenə də ərazidə yaşamağa davam edirlər. Burada vəziyyət hər kəsə bəllidir. Sürüşmədən başqa həm də nəmişlik, natəmizlik var”.

Sürüşmə zonasında evlərin uçduğu yerdə olduğumuz zaman müşahidə etmişdik ki, doğrudan da ərazidə natəmizlik hökm sürür. Sakinlərin zibil atmaları üçün xüsusi qablar da yoxdur. Eyni zamanda kanalizasiya xətlərində də problemlər mövcuddur. Elə kanalizasiya xətlərindəki problemlər sürüşməyə də təsir edən amil kimi xarakterizə olunur.

Bayıldakı son durumla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov “Yeni Müsavat”a  bildirib ki, onlar “Teleqüllə” ətrafındakı vəziyyətlə bağlı apardıqları tədqiqat işlərini yekunlaşdırıblar:

“Bayıldakı vəziyyət hazırda stabildir. Biz də ”Teleqüllə" ətradında çöl işlərini başa çatdırmışıq. Artıq bu həftə ərzində nəticələri nazirliyə təqdim edəcəyik. Orada, bildiyiniz kimi, 106 evin sakinləri ərazidən köçürülüb. Biz də onu araşdırırdıq ki, gələcəkdə proses hansı səviyyədə inkişaf edə bilər. Yəni əhali ərazidə qalsın, yoxsa qalmasın. Bu istiqamət üzrə dövlət tərəfindən tapşırıqlar verildi və biz də geoloji işlər apardıq. İşləri demək olar ki, artıq başa çatdırmışıq. Bu günlərdə ərazi üzrə xəritələri də çıxaracağıq. Bu, rəyə veriləcək. Rəydən sonra biz onu Elmi şurada müdafiə edəcəyik, sonra Nazirlər Kabinetinə ötürüləcək".

Mütəxəssis bildirib ki, Buxta ərazisində də işlər görülməkdədir:

“Bizim əməkdaşlarımız orada da müşahidələr aparırlar. Elə bir dəyişiklik yoxdur. Ərazidə sovet dövründə tikilən 16 mərtəbəli bina da var. Onun yanında yarımçıq bina da var. Bu tikilinin tökmə torpağın üzərində tikilən və 16 mərtəbəli binaya bitişik tumbası var. Həmin tumbanın altında çökmə prosesi baş verib. Ona görə də çatlar yaranıb. Ancaq binanın özündə isə heç bir çat yaranmayıb. Hazırda da orada stabil-gərgin vəziyyət davam edir. Bayılın özü sürüşmə sahəsidir. Yağışların yağması isə ərazidə sürüşməni bir qədər də sürətləndirir. Bu da sürüşməyə təkan verən bir amildir. Lakin əsas olan insan amilidir. Yamacların kəsilməsi, tikintilərin aparılması, suyun axıdılması sürüşməyə səbəb olur”.

“Yeni Müsavat”

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.