Son günlər ingilis mediasında Devid və Viktoriya Bekhem cütlüyünün ayrılma xəbəri yayılıb.
Dizayner söz-söhbətə son qoymaq üçün sosial şəbəkədə paylaşım edib.
Ailəsi ilə şəklini yayımlayan Viktoriya bildirib ki, bunlar yalan xəbərlərdir. Şəkildə 44 yaşlı keçmiş müğənni ailəsinin ətrafında dayanıb. Fotoda cütlüyün 15 yaşlı oğlu Romeo, 13 yaşlı Kruz, valideynləri Cek və Toni Adams, 6 yaşlı qızı Harper yer alıblar. İzləyicilər isə Devidin hazırda Çində futbol sammitində olduğunu yazıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.