banner
banner

Sosİal

Bayılda son durum: əhali xəbər gözləyir

Bayılda son durum:

Bayıl ərazisində sürüşmə zonasında vəziyyət stabil olaraq qalır. Lakin hələ ki ərazidən sürüşmə səbəbindən köçürülən sakinlər geri qaytarılmayıb.

Bu barədə “Yeni Müsavat”a məlumat verən sakin Elməddin Muradlı bildirib ki, ərazidə dəyişən heç nə yoxdur:

“Yenə də sakinlər gündüz gəlib evlərinə nəzarət edirlər, axşam saatlarında isə kirayə yaşadıqları mənzilə yollanırlar. Sürüşmə baş verəndən sonra kommunal xətlər kəsilib və hələ də işıq və qaz verilmir. Yalnız suyun verilişini bərpa ediblər. Bundan əlavə, ərazidə əvvəllər polis postu qurulmuşdu. Artıq o da yoxdur. Bu səbəbdən də insanlar hər gün gəlib, evlərinə nəzarət edirlər. Çünki yiyəsiz qoymaq da olmur. Bizə demişdilər ki, ötən ayın axırında məlumat verəcəklər ki, camaatın taleyi necə olacaq. Lakin hələ ki bir söz deyən yoxdur. Səbayel Rayon İcra Hakimiyyəti yekun fikir söyləmir. Sakinlərin əksəriyyəti verilən kirayə pulunu götürüb, evlərini tərk ediblər. Lakin getməyənlər də var ki, onlar da evlərində yaşamağa davam edirlər”.

Bayıl yamacında Buxta küçəsi ərazisində də vəziyyət  dəyişməz qalıb. Orada yaşayan sakinlərdən öyrəndik ki, ərazidə sürüşmə baş verməyib:

“Vəziyyət stabildir. Yalnız uçan evlərin sakinləri köçüb, harasa gediblər. Yerdə qalan əhali yenə də təhlükəli şəraitdə yaşamağa davam edir”, deyə sakinlər bildirdilər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, Bayıl yamacında “Teleqüllə” ətrafında aparılan tədqiqat işləri yekunlaşıb. Qeyd olunub ki, aparılmış tədqiqat işləri ilə bağlı hesabat hazırlanıb və aidiyyəti dövlət orqanları tərəfindən hesabata rəy verilib. Hesabat baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunub. Bayıl dərəsinin sağ yamacı haqda təkliflər hesabatda öz əksini tapıb.

 Bildirilib ki, ərazidə yenə də ekspertiza qrupu işlərini davam etdirir.

Məlumat üçün qeyd edək ki, Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbayel Rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb. Eyni zamanda 10 fevral 2018-ci il tarixində həmin ərazidə tam dağılmış 90-cı illərdə tikilmiş 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilib.

Bu il mayın 15-də saat 20-00 radələrində isə  Səbayel rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib və bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.