Məşhur model etiraf etdi: “Kökəlib şar kimi şişmişəm”
İngiltərəli aktrisa və model Kelli Bruk qatıldığı verilişlərdən birində maraqlı açıqlama verib. Kelli 3 ildir birlikdə olduğu sevgilisi Ceremi Parisi ilə tanış olduqdan sonra kökəlməyə başladığını söyləyib:
“Cereminin anası və nənəsi gözəl yeməklər bişirirlər. Bir dəfə onlara qonaq getdim, süfrələrini görüb “Aman, Allah” dedim. Yeməyə makarondan başladım. Sonra da ardınca nələr yediyimi sadalamasam yaxşıdır. Onlarla tez-tez görüşürük və dadlı yeməklər yeyirik. Kökəlib şar kimi şişmişəm”. Qeyd edək ki, 38 yaşlı model son zamanlar paylaşdığı fotolarda fotoşopdan istifadə etməsi ilə seçilirdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.