banner
banner

Hərbİ

Müdafiə nazirliyimiz erməni yalanı haqda bəyanat verdi: "...hərəkət edən bütün aviasiya vasitələri izlənilir"

Müdafiə nazirliyimiz erməni yalanı haqda bəyanat verdi:

Müdafiə Nazirliyi Xankəndi üzərində Ermənistana məxsus “qırıcı” təyyarələrin uçuşlar keçirməsi ilə bağlı xəbərə münasibət bildirib.

Müdafiə Nazirliyinin saytında verdilən məlumata görə, bu gün bəzi yerli elektron informasiya vasitələri guya Xankəndi üzərində Ermənistana məxsus “qırıcı” təyyarələrin uçuşlar keçirməsi ilə bağlı erməni mətbuatının yaydığı xəbəri tirajlayıb.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının radiolokasiya stansiyaları ölkəmizin hava məkanını, o cümlədən Xocalı aeroportunu daim nəzarətdə saxlayır, hərəkət edən bütün aviasiya vasitələri izlənilir və istənilən uçuşların marşrutları barədə məlumatlar dərhal avtomatik rejimdə HHQ-nin Komanda Məntəqəsinə ötürülür: "İyunun 16-sı və 17-də xüsusi vasitələrlə çəkilmiş Xocalı aeroportunun foto və video görüntülərində hər hansı bir qırıcı təyyarənin olması müşahidə edilmir. Uçuş-eniş zolağı yaxınlığında köhnə istehsal olan, uzun müddət uçuşlara cəlb edilmədən orada saxlanılan 1 ədəd L-39 təlim, 2 ədəd Yak-52 təlim-məşq, 1 ədəd CH-701 yüngül gəzinti təyyarələri və mülki təyinatlı Mi-8 helikopteri müşahidə olunur. Bu kimi təxribat xarakterli məlumatlar düşmən tərəfindən məqsədyönlü surətdə yayılmaqla cəbhə xəttində vəziyyəti gərginləşdirməyə yönəlib və yerli kütləvi informasiya vasitələrinin Ermənistanın belə informasiya avantüralarına reaksiya verməmələrini xahiş edirik".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.