İcra nümayəndəsi: Mal-qaranın ayıların hücumuna məruz qalmasında sakinlər günahkardır
Şəki rayonu Baş Zəyzid kəndinə ayılar hücum etməyib.
Bu barədə Trend-ə açıqlamasında Baş Zəyzid kəndi üzrə icra nümayəndəsi Ariz Əhmədov deyib.
İcra nümayəndəsi bildirib ki, mal-qaranın ayıların hücumuna məruz qalması sakinlərin səhlənkarlığının nəticəsidir: "Sakinlər heyvanları yiyəsiz buraxırlar. Bizim kəndin əsas örüş yeri də dağlıq ərazidir. Heyvanlar sahibsiz qalanda meşəyə gedir və meşədə də ayıların hücumuna məruz qalır. Dəfələrlə bu barədə sakinlərə xəbərdarlıqlar olunsa da, məhəl qoyan yoxdur".
A.Əhmədov bildirib ki, məsələ ilə bağlı dəfələrlə Şəki şəhər Polis Şöbəsi tərəfindən sakinlərə xəbərdarlıq edilib: "Polis də, digər aidiyyəti qurumlar da sakinlərə müraciət ediblər ki, heyvanları sahibsiz buraxmayın. Bu cür hallar həm yollarda təhlükə yaradır, həm də heyvanlar ayıların hücumuna məruz qalır".
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.