Bakı metrosunda sərnişinlər vəhşiliyin şahidi olublar.
ANS PRESS-ə daxil olan videoda görünür ki, “28 may” metrosunun keçidində yıxılan uşaq valideyni tərəfindən yerlə süründürülür. Uşaq isə bağırır. Valideynin niyə belə bir hərəkət etdiyi barədə məlumat verilmir.
Maraqlıdır ki, sərnişinlərin heç biri bu vəhşiliyə etiraz belə etmir. Onlar heç bir şey olmamış kimi platformada hərəkət edirlər.
Bu vəhşi hərəkət anbaan kameralar tərəfindən çəkilib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.