İndoneziyada vulkan səbəbi ilə hava limanı bağlanıb
İndoneziyanın Bali adasında hava limanı bağlanıb.
Trend-in "Channel NewsAsia" telekanalına istinadən verdiyi məlumata görə, hava limanının bağlanmasına səbəb Aqunq vulkanının aktivləşməsi olub.
Məlumata əsasən, uçuşlar yerli vaxtla saat 19:00-a qədər dayandırılıb.
Hava limanının nümayəndəsi Yanus Suprayuqi bildirib ki, sinoptiklərin məlumatı əsasında vulkan 2 kilometr hündürlüyə kül sovrulub və hava limanına təsiri ola bilər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.