Ermənistan Silahlı Qüvvələri tərəfindən son günlər cəbhənin Ağdam rayonu istiqamətində törədilmiş yanğınların monitorinqi aparılıb
“Azərkosmos” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Azersky" peyki vasitəsilə Ermənistan tərəfindən törədilmiş yanğınların monitorinqini aparıb.
“Azərkosmos” ASC-dən Trend-ə verilən məlumata gröə, yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində törədilib. Bildirilir ki, 29 iyun 2018-ci il tarixində Ağdam rayonunun işğal altından olan yaşayış məntəqələri üzrə ümimilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.