Naxçıvan istiqamətində 44 yaşlı erməni hərbçi yaralanıb
Erməni media orqanları ötən gecə Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində gərginliyin yaşandığı barədə məlumat yayıb.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, atışma nəticəsində işğalçı ölkənin hərbçisi 1974-cü il təvəllüdlü Baqdasaryan Vaan Samveloviç yaralanıb. Ermənistan Müdafiə Nazirliyi müqavilə ilə xidmət edən hərbçinin “yüngül” yara aldığını bildirib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan iddia edib ki, Azərbaycan tərəf mühəndis istehkam işlərini həyata keçirmək istəyirmiş və erməni tərəf atəş açıb.
Azərbaycan tərəf məsələ ilə bağlı hələlik hər hansı açıqlama yaymayıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.